İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir

İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir
# 25 aprel 2014 07:01 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR