Bakıda işə düzəltmək adı ilə vətəndaşların xeyli miqdarda pulu alınıb

Bakıda işə düzəltmək adı ilə vətəndaşların xeyli miqdarda pulu alınıb
# 05 iyun 2014 07:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 4 nəfərə qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin mart ayının müxtəlif günlərində 1980-ci il təvəllüdlü Mansur İrac oğlu Baxşəliyev işə düzəltmək adı ilə Bakı sakinləri 1989-cu il təvəllüdlü Tural Şakir oğlu Zeynalovdan 2500 manat və 1300 ABŞ dolları, 25 yaşlı Əzan Mahir oğlu Əzizovdan 6000 manat, 1965-ci il təvəllüdlü Gülnar Süleyman qızı Əzizovada 1600 manat və 1989-cu il təvəllüdlü Rəşid Namiq oğlu Hümbətəliyevdən 1800 manat alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR