«Bolkart» sahibləri avtomobillərin ehtiyat hissələrini ala və servis xidmətlərindən istifadə edə bilərlər

«Bolkart» sahibləri avtomobillərin ehtiyat hissələrini ala və servis xidmətlərindən istifadə edə bilərlər
# 02 iyul 2013 12:40 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda «Hyundai», «Jeep», «Chrysler», «Peugeot», «Geely» və «Dodge» avtomobillərinin sahibləri ehtiyat avtomobil hissələrini və servis xərcini «Bank of Baku» ASC-nin «Bolkart» plastik kartları vasitəsi ilə ödəyə bilərlər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu, qeyd olunan avtomobil markalarının Azərbaycandakı rəsmi distribütoru olan «Auto Azerbaijan» şirkəti ilə «Bank of Baku» arasında əldə edilmiş razılaşma əsasında mümkün olub.

«Bolkart»ı olan avtomobil sahibləri ehtiyat hissəsi alıb və ya servisdən bəhrələnib, haqqını 3 və 6 aya əlavə xərcsiz ödəyə bilərlər.

Hazırda bu xidmətdən «Auto Azərbaijan» şirkətinin servis və ehtiyat hissələri mərkəzinin iki ünvanına - Ziya Bünyadov prospekti,118 (keçmiş Dərnəgül şosesi) və Babək prospekti,43A - baş çəkməklə faydalanmaq olar. Bundan başqa, «Bolkart» sahibləri daha bir yenilikdən faydalana bilər. Belə ki, «Auto Azerbaijan» şirkəti məşhur şin istehsalçısı olan «Hankook» şirkətinin Azərbaycandakı rəsmi distribütoru seçilib. Beləliklə, artıq «Hankook» şinlərini də «Bolkart»la almaq olar.

«Bolkart»a malik olmayan avtomobil sahibləri isə yuxarıda qeyd olunan ünvanların yaxınlığında yerləşən «Bank of Baku»nun «Otoplaza» və «Babək» filiallarından «Bolkart» sifariş edib, yeni yaradılmış fürsətdən bəhrələnə bilərlər. «Bolkart» kredit kartı barədə daha ətraflı www.bolkart.az öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR