AMEA-nın 23 elmi qurumuna direktor seçkiləri keçiriləcək

AMEA-nın 23 elmi qurumuna direktor seçkiləri keçiriləcək
# 27 yanvar 2014 13:24 (UTC +04:00)

Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, seçkilər bəzi elmi qurumlar üzrə aparılacaq. Bunlarda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə - Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası; Kimya Elmləri Bölməsi üzrə - Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu; Yer Elmləri Bölməsi üzrə- Geologiya İnstitutu, Coğrafiya İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi üzrə - Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı; Aqrar Elmlər Bölməsi üzrə - Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu; Humanitar və İctimai Elmlər Bölməsi üzrə - Şərqşünaslıq İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir.

Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən (25 yanvar 2014-cü il) 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR