Bakı və Sumqayıt şəhərlərinin XI sinif şagirdləri imtahan verir

Bakı və Sumqayıt şəhərlərinin XI sinif şagirdləri imtahan verir
# 22 aprel 2014 07:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 22, 23 və 24 aprel tarixlərində aparılacaq imtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15 698 şagirdin iştirakı nəzərdə tutulur.


İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Qeyd edək ki, rayonlarda XI sinif şagirdləri üçün monitorinq imtahanları 29-30 aprel tarixlərində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR