Balakəndə Respublika Şahmat Olimpiadası keçirilir

Balakəndə Respublika Şahmat Olimpiadası keçirilir
# 13 iyul 2013 16:39 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 16 yaşadək yeniyetmə və gənclərin Respublika Şahmat Olimpiadası keçirilir. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün Balakən Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə şahmat üzrə 16 yaşadək yeniyetmə və gənclərin Respublika Şahmat Olimpiadasının açılış mərasimi keçirilib.

Bir həftə davam edəcək Oimpiadaya 500-dən çox şahmatçının qatıldığını qeyd edən təşkilatçılar yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini bildiriblər. Belə ki, şahmatçılar sırasında dünya və Avropa, eləcə də bir sıra nüfuzlu şahmat yarışlarının iştirakçıları yer alır.

Olimpiadanın sonunda qaliblər Gənclər və İdman Nazirliyinin, Şahmat Federasiyasının və Rayon İcra Hakimiyyətinin xatirə medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR