Əli Abbasov: «Azərbaycanda məktəblərin 40%-i genişzolaqlı internetə qoşulub» - FOTO

Əli Abbasov: «Azərbaycanda məktəblərin 40%-i genişzolaqlı internetə qoşulub» - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsildə İKT tətbiqi bütün qlobal mühitdə olduğu kimi Azərbaycanda da çox sürətlə inkişaf edib. APA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Gələcək nəsillərlə üz-üzə» V Ümumrespublika inşa müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib ki, artıq təhsil İKT-nin tətbiqi ilə bağlı iki böyük dövlət proqramı yerinə yetirilib: «“Bunlardan biri məktəblərin kompyuterləşdirilməsini, digəri isə ümumtəhsil məktəblərində İKT-nin tətbiqi məsələlərini əhatə edir. Məktəblərin kompyuterləşdirilməsi Azərbaycanda kompyuterlərin yayılma sıxlığının 1000 şagirdə 1 kompyuterdən 20 şagirddə 1 kompyuterə düşməsinə səbəb olub. Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi ilə bağlı görülən işlər nəticəsində genişzolaqlı internetə qoşulan məktəblərin sayı artıb. Bu gün Azərbaycanda məktəblərin 35-40%-i sürətli və genişzolaqlı internetə qoşulub. Lakin çalışacağıq ki, yaxın illərdə bütün məktəblər genişzolaqlı internetə qoşulsun».

«Əgər bu gün məktəblərdə olan internetin sürəti 3-4 Mbit/saniyəni keçmirsə, gələcəkdə bunu 10 dəfə qaldırmalıyıq. Təhsildə informasiya texnologiyalarının tətbiqi məktəblərdə çox yaxşı nəticələrə səbəb olur və tədrisin keyfiyyətini yüksəldir. Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da bu məsələlər öz əksini tapıb», - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR