Bakı. Fuad Cəfərov - APA. Bakıda 14 yaşlı oğlan bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsi-1 ünvanının qarşısında qeydə alınıb.
1997-ci il təvəllüdlü Fərid Şahin oğlu Səmədov aralarında yaranan münaqişə zəminində 1999-cu il təvəllüdlü İlkin Səfər oğlu Qasımovu bıçaqlayıb.
İ.Səfərov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən F.Səmədov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.