Aİ və Moldova arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb

Aİ və Moldova arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb
# 21 may 2024 16:14 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ilə Moldova arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

APA “IPN” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell məlumat verib.

O bildirib ki, müqavilə birgə hərbi təlimlərin keçirilməsi, silah-sursat təchizatı, mülki müdafiə, kibercinayətkarlığa qarşı mübarizə, məlumat mübadiləsi və digər sahələrdə əməkdaşlıq kimi məsələləri tənzimləyir.

Sənəd Moldovaya Aİ-nin müdafiə sənayesi sahəsindəki layihələrində iştirak hüququ da verir. Bununla yanaşı, Avrozona hökumətə adıçəkilən ölkənin sərhədlərinin mühafizəsi, qanunsuz miqrasiya və insan alveri, habelə mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində də dəstək göstərəcək.

Müqavilədə həmçinin Moldovanın 2023-cü ildə qəbul edilən yeni təhlükəsizlik strategiyasına uyğun olaraq, Rusiya xarici təhlükənin başlıca elementi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR