Keniyadakı ticarət mərkəzinə terrorçuların hücumu zamanı 60-dan çox adam itkin düşüb

Keniyadakı ticarət mərkəzinə terrorçuların hücumu zamanı 60-dan çox adam itkin düşüb
# 23 sentyabr 2013 12:10 (UTC +04:00)

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırmızı Xaçın Keniya bölməsi açıqlayıb. Təşkilat ölənlərin sayının 69 nəfər olduğunu bildirib. İtkin düşmüş sayılanlar 63 nəfərdir.

Xatırladaq ki, sentyabrın 21-də “Əl-Qaidə”yə bağlı olan “Əş-Şəbab” qruplaşmasının silahlıları Nayrobidəki “Westgate” ticarət mərkəzinə hücum edib. Onlar müsəlmanların binanı tərk etməsinə icazə verərək yerdə qalanları gülləbaran ediblər. Keniya təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı bir çox insan xilas edilib. Ordu nümayəndəsi binanın çox hissəsinin silahlılardan təmizləndiyini və əməliyyatın sona yaxınlaşdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR