Beynəlxalq müşahidəçi qrupunun rəhbəri: “Gərginlik yoxdur, insanlar gülərüzdür”

Beynəlxalq müşahidəçi qrupunun rəhbəri: “Gərginlik yoxdur, insanlar gülərüzdür”
# 09 oktyabr 2013 12:43 (UTC +04:00)

Bakı – APA. “Seçkilər çox sakit keçir, hər hansı ciddi problem yoxdur”. APA-nın məlumatına görə, bunu Bolqarıstan, İndoneziya və Şri-Lankadan olan beynəlxalq müşahidəçi qrupunun rəhbəri Viktor Papazov söyləyib.

O deyib ki, seçki prosesində gərginlik müşahidə olunmur: “Seçki məntəqəsinə gələn insanlar mehriban, gülərüzdür. Mən son parlament və ondan öncəki seçkiləri də müşahidə etmişəm. Məsələn, parlament seçkilərində bir gərginlik duyulurdu, bəlkə də bu, parlament seçkilərində çoxsaylı partiyaların iştirakı ilə bağlı idi. Ancaq bu seçkilərdə gərginlik müşahidə etmədim”.

V.Papazov qeyd edib ki, seçki məntəqələrində seçicilərin barmaqlarına mürəkkəb vurulması praktikası vətəndaşı olduğu Bolqarıstanda yoxdur: “Azərbaycanda bu metod bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısının alınması üçün istifadə edilir. Ancaq bu metoda münasibət bildirməkdə çətinlik çəkirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR