«Bank of Baku» indiyədək 30 mindən artıq «Box’ça» dövriyyəyə buraxıb

«Bank of Baku» indiyədək 30 mindən artıq «Box’ça» dövriyyəyə buraxıb
# 15 noyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Ötən ilin sonundan «Bank of Baku» ASC tərəfindən dövriyyəyə buraxılan 30 mindən artıq «Box’ça» istehlakçılar tərəfindən əldə edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Box’ça»larda «Bolkart MasterCard» kredit kartları yerləşdirilib.

Xatırladaq ki, yaşı 20-dən az olmayan hər bir Azərbaycan vətəndaşı cəmi 1 manat ödəməklə (ticarət subyektindən asılı olaraq bəzi hallarda pulsuz) «Box’ça» adlı xüsusi qutu ala bilər. «Box’ça»nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına müraciət etməlidir. Kartları təkcə şəxsiyyət vəsiqəsi ilə aktivləşdirmək olar.

Şəhərimizin 80-ə yaxın supermarket və ticarət subyektlərində müştərilər «Bank of Baku»nun «Box’ça» məhsulunu əldə edə bilər. «Box’ça» qutusunu təqdim edən şəxs «Həzi Aslanov», «Babək», «Bakıxanov», «Azneft» və «Mərkəz» filiallarında növbəsiz xidmət hüququ əldə edir.

Məlumat üçün onu da qeyd edək ki, «Box’ça» layihəsi çərçivəsində verilən «Bolkart»la marketlərdə, eyni zamanda şəhərimizin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 166 mindən çox vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün «Bolkart»dan istifadə edir.

«Box’ça» müştəriyə 13 ay müddətinə ayda 100 manat ödənişlə 1000 manatlıq pul krediti təqdim edir. Krediti vaxtında ödəmiş bütün müştərilər sonuncu ay 100 manatlıq ödənişdən azad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR