Milli Məclisdə Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
# 19 may 2014 15:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikası Milli Məclisinin nümayəndə heyəti ilə görüşüblər.

MM-dən APA-ya verilən məlumata görə, komitə sədri Əli Hüseynlinin iştirakı ilə keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri, Əfqanıstan parlamentinin yuxarı palatasının Beynəlxalq əlaqələr komissiyasının rəisi Nisar Ahmad Haress ölkəsində hökm sürən ictimai-siyasi vəziyyətdən, 30 illik müharibə nəticəsində əfqan xalqının düçar olduğu müsibətlərdən söz açıb. O qeyd edib ki, əfqanlar nə terrorçudur, nə fundamentalist, nə də narkotik daşıyıcısı: “Lakin kənar müdaxilə, bölgəyə yeridilən terrorçu qruplaşmalar Əfqanıstan hökumətinə böyük əngəl törədir. Bütün çətinliklərə baxmayaraq, son 12 ildə parlament təsis olunub, əfqan qadınlar işləmək imkanı əldə edib. Hazırda Əfqanıstan parlamenti Kabildə konfrans keçirmək niyyətindədir və Azərbaycanın da dəstəyini istəyir”.

Gərəkli məlumatlara görə təşəkkürünü bildirən Ə. Hüseynli qonaqları əmin edib ki, öz haqqını qoruyan və ölkəsində əmin-amanlıq istəyən dost əfqan xalqının mənafeyi naminə başçılıq etdiyi komitənin üzvləri böyük məmnuniyyətlə Kabil konfransında iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR