Azərbaycanda İT İnkişafı Dövlət Fondunun ilk qrant müsabiqəsi aprelin 2-də başlayır - FOTO

Azərbaycanda İT İnkişafı Dövlət Fondunun ilk qrant müsabiqəsi aprelin 2-də başlayır - <span style="color: red;">FOTO
# 19 mart 2014 09:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi I qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilir.

«APA-Economics»in xəbərinə görə, tədbirdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik və orta sahibkarlıq subyektləri iştirak edir. Tədbirin keçirilməsində əsas məqsəd layihələrin təqdim olunması ilə bağlı sahibkarlara məsləhətlərin verilməsidir.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktor müavini Azər Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, ilk qrant müsabiqəsi üçün layihələr aprelin 2-dən mayın 2-dək qəbul olunacaq.


«İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsasnaməsi ötən il dövlət başçısı tərəfindən təsdiq olunub. Keçən ildən bu vaxta qədər bütün təşkilati işlərin yekunlaşdırılması ilə məşğul olmuşuq. Artıq İKT sahəsində sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər həyata keçiririk. Fond qrant maliyyələşməsi ilə bağlı müsabiqə elan edib. Görüşdə İKT sahəsində fəaliyyət göstərən sahibkarlara və İKT sahəsində layihələr həyata keçirmək istəyən gənclərə həm müsabiqə qaydaları haqda məlumat veriləcək, o cümlədən, bu sahə ilə bağlı suallar cavablandırılacaq», - deyə A. Bayramov qeyd edib.

Qeyd edək ki, qrantlar kiçik, orta və böyük həcmli olmaqla 3 növdədir. Kiçik qrantların məbləği 100 min manat , orta - 200 min manat , böyük qrantların həcmi isə 300 min manata qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR