Şirvanda Regional pasport qeydiyyat və miqrasiya şöbəsinin yeni  binasının açılışı olub - VİDEO

Şirvanda Regional pasport qeydiyyat və miqrasiya şöbəsinin yeni  binasının açılışı olub - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2013 10:21 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan şəhərində Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport qeydiyyat və miqrasiya İdarəsinin regional şöbəsinin inzibati binasının açılışı olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, müasir tələblər səviyyəsində inşa olunmuş binanın açılış mərasimində daxili işlər nazirinin müavini, general-leytenant Əsgər Ələkbərov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Regional şöbənin rəisi, polis polkovnik-leytenantı Azad Rəşidov qonaqlara inzibati binada yaradılmış şərait barəsində məlumat verərək bildirib ki, vətəndaşlara bundan sonra yeni biometrik pasportlar veriləcək. Sənədlərin hazırlanması tam avtomatlaşdırılmış texniki qaydalarla həyata keçiriləcək. Açılış zamanı vətəndaşlara yeni biometrik pasportlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR