Qaxda və Balakəndə yanğın olub - VİDEO

Qaxda və Balakəndə yanğın olub - <span style="color: red;">VİDEO
# 11 yanvar 2014 02:05 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Böyük Alatəmir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik, ümumi sahəsi 50 kv.m olan köməkçi tikili və tövlə yanğından mühafizə olunub. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Daha bir yanğın hadisəsi Balakəndə baş verib. Rayonun Şərif kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR