İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hərbi variant kəlməsi artıq pas atıb”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hərbi variant kəlməsi artıq pas atıb”
# 05 oktyabr 2013 10:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bu gün hərbi variant kəlməsi artıq pas atıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi deyib.

H. Firuzabadi İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 68-ci sessiyasında İran əleyhinə çıxışını çarəsizlik kimi qiymətləndirib: “Bu şəxs BMT-də özünü müharibə tərəfdarı kimi tanıdaraq və təhdidlər yağdıraraq öz çarəsizliyini nümayiş etdirdi”.

Baş Qərargah rəisi bildirib ki, İran xalqı yumşaq mövqe nümayiş etdirməklə ağıl və məntiqlə hərəkət etdiyini göstərir: “Ona görə də İran xalqı bu səhnədən zəfərlə çıxacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR