Prezident İlham Əliyev Ünvan Reyestrinin əsasnaməsini təsdiq edib

Prezident İlham Əliyev Ünvan Reyestrinin əsasnaməsini təsdiq edib
# 02 noyabr 2013 01:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə texniki reqlamenti təsdiqləməli və iki ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Həmçinin Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməli, o cümlədən Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin təşkili və saxlanılması ilə bağlı maliyyə məsələlərini həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsinə isə Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR