Məhkumun təcridxanaya alt paltarında narkotik vasitə keçirməsinin qarşısı alınıb

Məhkumun təcridxanaya alt paltarında narkotik vasitə keçirməsinin qarşısı alınıb
# 24 oktyabr 2013 07:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanada saxlanılan 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.2 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Amin Fərrux oğlu Çərkəzovun məhkəmədən müəssisəyə etapla daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun alt paltarının içərisində gizlədilmiş 7 ədəd “Tramal” həbləri, xalis çəkisi 0,035 qram narkotik maddə “Heroin” və xalis çəkisi 0,03 qram olan “Metamfetamin” maddəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR