Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib
# 31 may 2014 12:43 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şəkidə vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Şəki, Qax, Zaqatala, Oğuz, Balakən və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.

Komitə sədri qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyərək, onların müraciətlərinin həlli üçün müvafiq göstərişlər verib. Müraciətlər əsasən əlil uşaqların müalicəsi, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadınların işlə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR