Qazaxıstan kosmosdan Xəzərdə qəza nəticəsində neftin dağılmasına nəzarət edəcək

Qazaxıstan kosmosdan Xəzərdə qəza nəticəsində neftin dağılmasına nəzarət edəcək
# 06 may 2014 10:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qazaxıstan Yerin məsafədən zondlanmasının kosmik sistemini yaratmaq niyyətindədir.

APA-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Kosmik Agentliyinin sədri Talqat Musayev bildirib.

Onun sözlərinə görə, sistem peyklərin idarə edilməsi üçün yerüstü kompleks və iqtisadiyyatın müxtəlif sahələrinə dair məsələləri həll etmək üçün kosmik məlumatların qəbulu və hazırlanması üzrə yerüstü məqsədli kompleks rolunu oynayacaq.

T.Musayev qeyd edib ki, bu sistem neftin hasilatı, emalı və daşınması həyata keçirilən rayonların ərazilərində ekoloji vəziyyətin monitorinqi və nəzarəti, neft məhsulları ilə çirklənmiş ərazilərin aşkar edilməsi, Xəzər dənizi hövzəsində neftin qəza nəticəsində dağılmasının monitorinqi və nəzarəti, meşə və çöl yanğınlarının mənbəyinin aşkar edilməsinin monitorinqi və nəzarəti, fövqəladə vəziyyətlərin, kənd təsərrüfatı bitkilərinin səpininə nəzarət və monitorinqi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının proqnozlaşdırılması, kənd təsərrüfatı sahələrinin xəritəsinin hazırlanması, yolların tikintisi və vəziyyətinin monitorinqi və nəzarəti və s. ölkə əhəmiyyətli məqsədlərin icra olunması üçün əhəmiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR