AMEA elmi ekspedisiyaların maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib

AMEA elmi ekspedisiyaların maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib
# 18 aprel 2014 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmi ekspedisiyalar unudulmaq üzrədir. Bu, çox vacib və elm üçün önəmli olan məsələdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ümumi yığıncaqda çıxışı zamanı deyib. O bildirib ki, ekspedisiyaların maliyyələşdirilməsinə ehtiyac var və bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib.

A. Əlizadə bəzi institutların adının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Bəzi institutların adları dəyişdirilib, lakin burada yalnız institutların adlarının dəyişdirilməsindən söhbət getmir. Bu institutların daxilində aparılan işlər onların elmi məzmununun da dəyişməsinə gətirib çıxara bilər”.

Akademiya prezidentinin sözlərinə görə, bu gün AMEA institutlarının elmi proqramlarında gerilik var: “İnstitutların elmi proqramları ilə tanış olanda gördük ki, bəzi institutlarda primitiv, geridə qalmış xırda problemlər qalıb. Bunu aradan götürmək üçün AMEA tərəfindən xüsusi müsabiqə komissiya yaradılıb. Həmin komissiya institutların proqramlarını müsabiqə əsasında qəbul edəcək. Müsabiqədən keçmiş elmi proqramlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR