Ombudsman UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ombudsman UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 08 yanvar 2014 16:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi birgə fəaliyyətin davamlılığını təmin etmək və 2014-cü il üzrə Müvəkkilin UNİSEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmək olub.

M. Herevard qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR