Ukrayna müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi
# 24 yanvar 2014 02:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb. Məlumata görə, “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və Qruşevski küçəsində qarşıdurmanın davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib.

Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə”, deyə Oleq Tyaqnibok bildirib.

“Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: “İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR