Bakıda evində boğularaq öldürülən qadın Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlilmiş - YENİLƏNİB - VİDEO

Bakıda evində boğularaq öldürülən qadın Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlilmiş - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 31 mart 2014 08:40 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, Binəqədi rayonunda tanışı Sevinc Hüseynova tərəfindən boğularaq öldürülən Yasəmən Süleymanovanın Qarabağ müharibəsinin iştirakçısı olduğu məlum olub.

Y. Süleymanova Qarabağ müharibəsində iştirak edib və bir neçə dəfə ağır yaralanıb.

3-cü qrup əlil olan Y. Süleymanova müharibədən sonra sürücülüklə məşğul olurmuş.

Qətlə iki qadın arasında şəxsi münasibətlər zəminində düşən mübahisənin səbəb olduğu bildirilir.

***

saat 10.01

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəhşətli qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 29-da qeydə alınıb.

Bakı şəhər sakini Sevinc Hüseynova M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.

S. Hüseynova martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.

Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR