Azərbaycan Yaponiyada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Yaponiyada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
# 12 sentyabr 2013 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 12-dən 15-dək Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2013" Beynəlxalq Turizm Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə nazirliyin iki əməkdaşı ilə yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 nəfər üzvü də daxildir.

Azərbaycan sərgidə 7 yerli turizm şirkəti ilə təmsil olunur. Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 45 kv. m sahədə xüsusi lövhə quraşdırılıb, ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

2007-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, 150 ölkədən şirkətlər təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR