Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi müsabiqələrə yekun vurulub

Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi müsabiqələrə yekun vurulub
# 10 dekabr 2013 16:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirilən “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları və “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri müsabiqələrinə yekun vurulub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqələrə hüquq mövzusunda yazılan 30-dan çox məqalə və uşaqların 300-dək rəsm işi təqdim olunub.

Jurnalistlər Mehparə Əliyeva (“Respublika” qəzeti) və Vəfa Məmmədli (“525-ci qəzet”) I yerə, Əli İbrahimov (“Xalq Cəbhəsi” qəzeti) və Kəmalə Əliyeva (“Savalan” qəzeti) II yerə, Fərəh Sabirqızı (“Baku Post“qəzeti ) və Fəxriyyə İkramqızı (“İki sahil”qəzeti) III yerə layiq görülüb, pul mükafatları və sertifikatlar alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR