Moskvada azərbaycanlı qətlə yetirilib

Moskvada azərbaycanlı qətlə yetirilib
# 13 avqust 2013 11:16 (UTC +04:00)

Həmin küçədə yerləşən mənzildə azərbaycanlı Elxan Abazov, Çeçenistan sakinləri Ramzan Merjoev və Hüseyn Germixanovun cəsədləri aşkarlanıb. Onların dəmir küt alətlə qətlə yetirildiyi müəyyənləşib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər həmin mənzildə kirayədə qalıblar. Rusiya hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən iki qafqazlını saxlayıb. Həmin qafqazlılar qətlə yetirilənlərin tanışları olublar. Lakin onlar qətli törətmədiklərini, sadəcə olaraq dostlarının yanına gəldiklərini və bu mənzərə ilə qarşılaşdıqlarını söyləyiblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşı saxlanılıb. Onların adı hələlik açıqlanmır. Onlardan birinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 ci maddəsi ilə (iki və daha çox adamı qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Digər ukraynalıya isə cinayəti bilib gizlətmə maddəsi ilə cinayət işi açılıb.

Qətlin səbəbi kimi kirayənişinlərin kirayə haqqını verməməsi bildirilib. Lakin qətlə yetirənlərin qohumları bu versiyanı inkar edirlər. Onların sözlərinə görə, Elxan Abazov və Hüseyn Gemirxanov xeyli müddətdir ki, həmin mənzildə kirayə qalıblar, kirayə haqqını da əvvəlcədən ödəyiblər. Merjoev isə həmin gün onlara qonaq gəlib. Qohumların bildirdiklərinə görə, mərhumların üzərində külli miqdarda pul olub: “Çox güman ki, onları həmin pula görə qətlə yetiriliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR