Bərdədə ikimərtəbəli kafe yanıb - FOTO - VİDEO

Bərdədə ikimərtəbəli kafe yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 yanvar 2014 16:18 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə kafe yanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bir neçə dəqiqə ərzində yanğın ikimərtəbəli binanı tamamilə yararsız hala salıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb.

Kafe yanaraq yararsız hala düşüb. Yanının başvermə səbəbləri hələlik məlum olmasa da, kafeni sahibi Müslüm Vəliyev iaşə obyektinin qəsdən yandırıldığını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR