Azərbaycanda kürəkən qayınatasını və qayınanasını güllələyib - VİDEO

Azərbaycanda kürəkən qayınatasını və qayınanasını güllələyib - <span style="color: red;">VİDEO
# 02 yanvar 2014 09:36 (UTC +04:00)

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.


Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR