Mixail Saakaşvili mərhum prezident Zviad Qamsaxurdiyaya “Milli Qəhrəman” adı verib

Mixail Saakaşvili mərhum prezident Zviad Qamsaxurdiyaya “Milli Qəhrəman” adı verib
# 26 oktyabr 2013 16:36 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti vəzifəsində son günlərini keçirən Mixail Saakaşvili keçmiş prezident, mərhum Zviad Qamsaxurdiyaya Milli Qəhrəman adı verib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı xəbərə görə, M. Saakaşvili bunu Axmeti rayonunun Kvemo Alvani kəndində 2008-ci ilin avqust müharibəsində qəhrəmancasına həlak olan Georgi Ansuxelidzenin memorialının açılışında deyib.

M. Saakaşvili Z. Qamsaxurdiyanın milli azadlıq məşəlini daşımış şəxs olduğunu bildirib: “Sameqrelo kəndlərinin birində silahdaşları tərəfindən tərk edilən və satqınlarla əhatə olunaraq öldürülən Qamsaxurdiya o zamankı Gürcüstanın simvolu idi. O, son anlarında yalnız “Mən Gürcüstanam!” sözlərini deyə bilmişdi...”

Gürcüstan milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri, mərhum Merab Kostava da “Milli Qəhrəman” adını alıb. M. Saakaşvili M. Kostavanı Gürcüstanın müstəqillik ideyasının daşıyıcısı adlandırıb: “O, uzun illər dəhşətli işgəncələrə məruz qalsa da, bir saniyə də olsun geri çəkilmək haqda düşünməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR