Avropa çempionatında ikinci yeri tutan güləşçilər vətənə dönüb - FOTOSESSİYA

Avropa çempionatında ikinci yeri tutan güləşçilər vətənə dönüb - <span style="color: red;">FOTOSESSİYA
# 06 aprel 2014 03:50 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Finlandiyanın Vantaa şəhərində keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığmasının üzvləri Vətənə qayıdıblar.

APA-nın məlumatına görə, gecə yarısı qadın güləşçilərimiz, səhər saatlarında isə kişilərdən ibarət yığmamız Bakıya dönüb. Çempionatı ümumilikdə 6 medalla başa vuran güləşçilərimizi Heydər Əliyev Bakı Beynəlxalq hava limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, eləcə də, azarkeşlər qarşılayıb.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov deyib ki, güləşçilərimizin çıxışı uğurlu olub və yığmamız komanda hesabında ikinci yeri tutub. Məşqçi çempionatın Azərbaycanda ən çox müzakirə olunan məqamlarından birinə - Olimpiya çempionu Toğrul Əsgərovun ilk görüşdə məğlub olmasından da danışıb: "Məğlubiyyəti böyük faciəyə çevirmək lazım deyil. Bu, Toğrul üçün bir siqnal oldu. O, özündə məsuliyyət hiss edəcək. Anlayacaq ki, nə qədər peşəkar olsan da, məşqsiz heç bir nəticə əldə etmək olmaz".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 2 qızıl və 2 gümüş, qadın güləş üzrə yığmamız isə 1 qızıl və 1 gümüş medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR