Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb - VİDEO

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2013 06:50 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gecə Şəki-Qax yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində Şin körpüsü yaxınlığında qeydə alınıb.

Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Elman oğlu Bayramov idarə etdiyi “Hyundai” markalı 90 SN 706 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolun kənarındakı dərəyə aşırıb.

Qəza nəticəsində sürücü Elman Bayramov və sərnişini, Zəngilan rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhərində yaşayan 1987-ci il təvəllüdlü Məmmədov Pünhan Cəbrayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta stabil olduğu və müalicələrinin xəstəxanada davam etdiyi bildirilir.

Faktla bağlı Şəki şəhər (rayon) Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR