İranda 878 məhbus əfv edilib

İranda 878 məhbus əfv edilib
# 19 yanvar 2014 01:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani Məhəmməd peyğəmbərin (s.a.s.) və İmam Cəfər Sadiq (ə.s.) doğum günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 878 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib. İranın ali dini lideri təklifi qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR