Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza olub

Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza olub
# 14 iyun 2014 22:13 (UTC +04:00)

Bakı-APA. Xaçmazda ötən gün axşam saatlarında 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Gülalan kəndində “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü və içərisində olan iki sərnişin nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR