Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Ucarda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Ucarda dəfn edilib - FOTO
# 22 may 2024 15:00 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra dəfn edildiyi yer və kimliyi müəyyən edilən şəhid Şöhrət Telman oğlu Nuriyevin qalıqları Ucar rayonunun Əlikənd kəndinə torpağa tapşırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dəfn mərasimində şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Şöhrət Nuriyev 1969-cu ildə Ucar rayonunyn Əlikənd kəndində anadan olub.

Birinci Qarabağ müharibəsində iştirak edib, 1993-cü ilin aprelində Murov dağı istiqamətində itkin düşüb.

Şöhrət Nuriyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR