Azərbaycan XİN danimarkalı deputatların və jurnalistlərin işğal altındakı ərazilərə səfəri haqda xəbərləri araşdırır

Azərbaycan XİN danimarkalı deputatların və jurnalistlərin işğal altındakı ərazilərə səfəri haqda xəbərləri araşdırır
# 10 sentyabr 2013 14:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Londondakı səfirliyinə tapşırıq verilib və araşdırmanın yekununda müvafiq qərar qəbul olunacaq.

Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın danimarkalı deputatlar və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR