Bakıda Azərbaycanda sahibkarlığın inkişafına dair prezident fərmanı müzakirə olunub - FOTO

Bakıda Azərbaycanda sahibkarlığın inkişafına dair prezident fərmanı müzakirə olunub - <span style="color: red;">FOTO
# 01 may 2014 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin martın 3-də prezident İlham Əliyev Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş fərman imzalayıb. Əminik ki, bu fərman ölkədə sahibkarlıq mühitinin inkişafına və yaxşılaşmasına təkan verəcək.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycanda Sahibkarlığın İnkişafı konfransnda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib.

Onun sözlərinə görə, fərman 8 istiqaməti əhatə edir və konfrans bu istiqamətləri müzakirəsinə həsr olunub.

S. Bağırov deyib ki, bu istiqamətlər sırasına sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilmə prosesi, korporativ idarəetmə, idxal-ixrac əməliyyatları və müflisləşmə daxildir”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, belə konfranslar mütəmadi keçirilməlidir: “Bu fərmanın bir çox məqamları bizi də narahat edir. Sahibkarlığın inkişafı ilə əlaqədar bir çox işlər görülsə də hələ də problem qalmaqdadır. Düşünür ki, bu problemlər də öz həllini tapacaq. Bunun üçün müəyyən qanun layihələri hazırlanır və qəbul olunacaq”.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov qeyd edib ki, bu gün Azərbaycanda 5 mindən artıq sahibkar subyektə qeydiyyatdan keçib: “Bu fərmanın qəbulu biznes mühitinin yaxşılaşdırılmasına yönəlib və bu sahədə ciddi islahatların əldə olunmasına yardımçı olacaq.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşenko deyib ki, prezidentin bu fərmanı ölkədə biznes mühitinin yaxşılaşdırılması baxımından atılan ilk addımdır: “Azərbaycan son illər iqtisadiyyatda olduqca böyük nailiyyətlər əldə edib. Son üç ildə özəl sektorun qeyri-neft sektorunun payı artıb və biznes sahəsində irəliləyişin cücərtiləri var”.

Dünya Bakının nümayəndəsi ASAN Xidmətin yaradılmasını bu istiqamətdə atılan addımlar birinin olduğunu qeyd edib. O deyib ki, amma bununla belə problemlər qalır: “Amma bununla belə biznesin yaradılmasında sənədlərin çoxluğunu misal gətirmək olar. Həmçinin, maliyyə mənbələrinin ayrılması istiqamətində hələ də mövcud problemlər qalır”.

ABŞ səfirliyinin nümayəndəsi Derek Hoqan da Azərbaycanın son illər sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər əldə etdiyini qeyd edib. O, bu sahədə daha da böyük irəliləyişlərin olacağına böyük ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, konfransın sonunda müzakirələrin nəticəsi və təkliflər hökumətə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR