Braziliyalı qapıçı “Xəzər Lənkəran” klubundan ayrılır

Braziliyalı qapıçı “Xəzər Lənkəran” klubundan ayrılır
# 27 noyabr 2013 08:20 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” qış fasiləsində qapıçı Duqlas Leyte ilə vidalaşacaq. Apasport.az saytının məlumatına görə, uğursuz nəticələr üzündən ciddi islahatların gözlənildiyi cənub təmsilçisinin qolkiperi artıq özünə yeni komanda da tapıb.

Klub tarixinin ən uğursuz transferlərindən olan braziliyalı karyerasını vətənində davam etdirəcək. Duqlas dekabrın 23-də vaxtilə şərəfini qoruduğu “Quarani” komandasının düşərgəsində olmalıdı.

Bunu qapıçının özü də təsdiqləyib: “Quarani”yə qayıdacağıma çox sevinirəm. Klub prezidenti Alvaro Neqrao ilə danışığımız oldu. 2014-cü ildə məni sıralarında görmək istədiyini dedi. Biz komandanı yenidən güclülər sırasına qaldırmaq istəyirik”.

Neqrao da Duqlasın keçidini təsdiqləyib: “Biz arxa xətti gücləndirmək üçün belə bir təcrübəli futbolçu gətiririk. Sevinirəm ki, belə bir qapıçı geri qayıdır. O, C seriyasında və San-Paulu ştatının çempionatında bizə çox kömək edəcək”.

Qeyd edək ki, Duqlas bu yay transfer olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR