Son 3 ildə Azərbaycanın çimərlik ərazilərində suda batma halı qeydə alınmayıb

Son 3 ildə Azərbaycanın çimərlik ərazilərində suda batma halı qeydə alınmayıb
# 18 iyun 2013 10:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaşayış sahəsində baş vermiş yanğınların sayı 119 hadisə və ya 14,6%, digər obyekt və qurğularda baş verən yanğınların sayı 38 hadisə və ya 6,4% azalıb. Yanan tikili sahəsi 5952 kv. m azalıb.

Qeyd olunan dövr ərzində yanğın yerində azyaşlıların həlak olması 3 fakt, yanğından xəsarət alanların sayı 6 fakt azalıb: "Mühafizə olunan tikili sahəsi 21854 kvadrat metr, xilas olunan insanların sayı 7 nəfər, təxliyə olunan insanların sayı 85 nəfər artıb. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlarla bağlı bütün statistik nəticə və göstəricilər müsbət dinamika ilə yekunlaşıb. Bundan başqa, il ərzində yanğınlardan həlak olan insanların sayı ölkə əhalisinin hər 100 min nəfərinə Azərbaycanda orta hesabla 0,49 nəfər düşürsə, digər ölkələrdə bu göstərici 3,3-11,7 nəfər təşkil edir".

Nazir müavini onu da deyib ki, Avropa və Asiyanın inkişaf etmiş ölkələrində il ərzində hər min nəfərə düşən yanğınların sayı 1-6 təşkil edirsə, Azərbaycanda hər min nəfərə 0,55 yanğın düşür. F.Tağızadə həmçinin bildirib ki, sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində son 3 il ərzində çimərlik ərazilərində suda batma halı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR