ƏƏSMN gecikdirilmiş əmək haqlarının işçilərə ödənilməsini təmin edib

ƏƏSMN gecikdirilmiş əmək haqlarının işçilərə ödənilməsini təmin edib
# 07 fevral 2014 15:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödənilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, həmin vəsaitlərdən 589 853 manatını əmək haqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.

Qeyd olunan dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR