Paşha Bank
Bank Of Baku

ABŞ-ın iri bankları süni intellekt agentlərinin hesablara girişini məhdudlaşdırır

ABŞ-ın iri bankları süni intellekt agentlərinin hesablara girişini məhdudlaşdırır
# 22 oktyabr 2026 21:48 (UTC +04:00)

ABŞ-ın “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Morgan Stanley” kimi iri bankları süni intellekt agentlərinin müştəri hesablarına icazəsiz daxil olması riskinə görə təhlükəsizlik tədbirlərini gücləndirir.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, banklar süni intellekt sistemlərinin icazəsiz pul köçürmələri və digər əməliyyatlar həyata keçirə biləcəyindən narahatdır.

Buna görə də bəzi AI agentlərinin hesablara girişini bloklayır və ya onların əməliyyat imkanlarını məhdudlaşdırırlar.

Maliyyə qurumları həmçinin belə əməliyyatlar zamanı məsuliyyətin bankın, müştərinin, yoxsa süni intellekt sistemini hazırlayan şirkətin üzərinə düşəcəyini müəyyənləşdirməyə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR