Paşha Bank
Bank Of Baku

Tramp Maskdan Ukraynanın “Starshield” sisteminə çıxışını bərpa etməyi tələb edib

Tramp Maskdan Ukraynanın “Starshield” sisteminə çıxışını bərpa etməyi tələb edib
# 22 oktyabr 2026 23:53 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “SpaceX” şirkətinin qurucusu İlon Maskdan Ukraynada hərbi təyinatlı “Starshield” peyk rabitə sistemindən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edib.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp və Mask arasında baş tutan telefon danışığından qısa müddət sonra sistemlər işləməyə başlayıb. Lakin rabitənin sürəti hələ tam bərpa olunmayıb.

“SpaceX” şərh verməkdən imtina edib. Ağ Ev isə ABŞ prezidentinin məhdudiyyətlərin tətbiqində iştirakının olmadığını bildirdiyi son açıqlamalarına istinad edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR