Bank Of Baku

ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib

ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib
# 31 avqust 2026 05:33 (UTC +04:00)

ABŞ hərbçiləri İrana qarşı dəniz blokadasının bərpa olunmasından bəri 83 ticarət gəmisinin ekipajını kursunu dəyişməyə məcbur edib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Avqustun 30-na olan məlumata görə, CENTCOM qüvvələri 83 kommersiya gəmisinin istiqamətini dəyişib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmidə yoxlama aparıb”, – deyə komandanlığın “X” hesabında bildirilib.

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR