Bank Of Baku

Ağstafada avtomobil iki yeniyetmə qızı vurub

Ağstafada avtomobil iki yeniyetmə qızı vurub
# 01 noyabr 2026 19:51 (UTC +04:00)

Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və 2010-cu il təvəllüdlü N. Qasımovanı vurub.

Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR