Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampın adının paytaxtın əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzinin fasadına yerləşdirilməsini yenidən qadağan edib.
Xarici medianın məlumatına görə, qərarı mərkəzin adının dəyişdirilməsi və əsaslı təmiri ilə bağlı daha əvvəl qaldırılmış iddialara baxan federal dairə hakimi Kristofer Kuper qəbul edib.
“Sadə dillə desək, cavabdehlər ABŞ Konqresinin razılığı olmadan Kennedi Mərkəzində Prezident Trampın və ya hər hansı digər şəxsin şərəfinə memorial yarada bilməzlər”, – hakim bildirib.
Kuper vurğulayıb ki, ABŞ qanunverici hakimiyyəti vaxtilə mərkəzin yalnız Prezident Con Kennedinin şərəfinə adlandırılması barədə qərar qəbul edib.