Bank Of Baku

Azərbaycanda “Ürək transplantasiyası həftəsi” çərçivəsində konfrans keçirilib - FOTO

Azərbaycanda “Ürək transplantasiyası həftəsi” çərçivəsində konfrans keçirilib - FOTO
# 31 oktyabr 2026 16:06 (UTC +04:00)

Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində konfrans keçirilib.

APA xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirmək olub.

Tədbirdə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev hazırda 50-dən çox xəstənin ürək transplantasiyası üçün gözlədiyini bildirib.

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova isə ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra orqan transplantasiyası sahəsində bir sıra uğurlar əldə edib.

O, yeni dövlət büdcəsində səhiyyə xərclərinin artırıldığını da diqqətə çatdırıb.

Elmi proqram çərçivəsində transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, transplantasiyaya hazırlıq, donor seçimi, transplantasiya prosesi və əməliyyatdan sonrakı dövrün idarə olunması kimi mühüm mövzular müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR