Bank Of Baku

Gəncədə avtomobillə moped toqquşub, xəsarət alanlar var

Gəncədə avtomobillə moped toqquşub, xəsarət alanlar var
# 31 oktyabr 2026 21:48 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili ilə mopedin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü M.Məhərrəmov və 2006-cı il təvəllüdlü İ.Kalazadə xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, xəsarət alan şəxslər mopeddə olublar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR