Bank Of Baku

ABŞ ordusunda generalların və admiralların hər beşdə biri ixtisar ediləcək

ABŞ ordusunda generalların və admiralların hər beşdə biri ixtisar ediləcək
# 01 oktyabr 2026 04:08 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ hökuməti ordudakı generalların və admiralların təxminən hər beşdə birini ya işdən çıxarmaq, ya da vəzifələri ləğv etmək yolu ilə ixtisar edəcək.

APA xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset bildirib.

“Analitiklərin hesablamalarına görə, bütün qoşun növləri üzrə generalların və admiralların 10 faizini işdən çıxarmışıq və bu rəqəm həqiqətə uyğundur. Mən bu prosesə şəxsən rəhbərlik etdiyim üçün bilirəm ki, general heyəti vəzifələrinin ümumi sayını daha 10 faiz azaldırıq. Beləliklə, bütün səviyyələrdə ixtisar 20 faiz təşkil etməlidir”, - Heqset deyib.

Nazir onu da əlavə edib ki, mediada bunu “təmizləmə” adlandırırlar, o isə bunu “hesabatlılıq” kimi qiymətləndirir və bunun çoxdan vaxtının çatdığını deyir.

Heqset Pentaqonun fəaliyyət prinsiplərini köklü şəkildə dəyişdirmək vədini yerinə yetirdiyini bildirib.

Onun sözlərinə görə, məqsədi qurumun qələbəyə nail olmaq missiyasında amansız, güzəştsiz və dönməz olmasını təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR