20 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçi qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, mütəmadi siyasi məsləhətləşmələr mexanizminin ikitərəfli əlaqələrin inkişafında rolu vurğulanıb.
İqtisadi-ticarət əlaqələrinə toxunularaq, ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd olunub. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin önəmi diqqətə çatdırılıb.
Azərbaycanın strateji rolu qeyd edilərək, Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmanın, habelə beynəlxalq və regional platformalar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.
Minatəmizləmə sahəsində ANAMA ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qarşı tərəf, cari ilin mart ayında ölkəsindəki minatəmizləmənin başa çatdığını və bu istiqamətdə Azərbaycana istənilən dəstəyi əsirgəməyəcəklərini bildirib.
Xorvat iş adamları ölkəmizdəki əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələrdə fəal iştiraka dəvət olunub.
Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Xəbər Lenti
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb
“Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb
Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL
İzmirdə partlayış nəticəsində 10 nəfər ölüb, 15 yaralı var - VİDEO - YENİLƏNİB-2
Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB
COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
Adanada zəlzələ olub
Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTO
Naxçıvanda 3 maşın toqquşub, xəsarət alan var - FOTO
Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Mingəçevirdə 27 yaşlı oğlan bıçaqlanıb
Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
FHN-in strukturlarında Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib
Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
Putin, Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi müzakirə olunur
Kreml Əbu-Dabidəki danışıqlarda Avropa "üçlüyü"nün iştirak edəcəyini təkzib edib
Ukrayna Rusiyanın Leninqrad vilayətinə dron zərbələri endirib, 1 nəfər ölüb
İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1
İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Antalyada COP-31-in açılış mərasimi olub - FOTO
İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq
Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB
Sabahın havası açıqlanıb
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib